Minimum əmək haqqını 180 manatdan aşağı qeyd edən işəgötürənlər cərimələnəcək - RƏSMİ

İş yerlərində əmək haqqının minimum məbləğinin 180 manat müəyyən edilməsinə e-sistem vasitəsilə nəzarət olunur.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONA-ya verilən məlumata görə, bu sahədə qanunvericiliyi pozanlarla bağlı ciddi cərimə tədbirləri nəzərdə tutulur.
 
Azərbaycan Prezidenti İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, əmək haqqının minimum məbləği martın 1-dən 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur.
 
Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin Elektron İnformasiya Sistemində əhatə olunub. Yəni həmin sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əmək haqlarını real vaxt rejimində görməyə imkan verir. Əgər cari ilin martın 1-dək işəgötürən 180 manatdan aşağı məbləğdə əmək haqqı müəyyən edibsə, martın 1-dən bu məbləğin 180 manat çatdırılması barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılması həyata keçirilib.
 
Elektron sistemdə minimum əmək haqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.

LENT

19 May 2019

Digər xəbərlər >>>