Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəli DƏYİŞİR

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.
 
"Azərbaycan Dövlət Dəmir Yolları"ndan ONA-ya verilən məlumata görə, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq, mayın 4-də, şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli,  Sumqayıtdan saat 09-05-də yola düşən 6014 nömrəli, Sumqayıtdan saat 09-50-də yola düşən 6016 nömrəli, Sumqayıtdan saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola  düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

LENT

19 May 2019

Digər xəbərlər >>>