Azərbaycan Ukraynadan artilleriya sursatının müəyyən komponentlərini alacaq

Ukraynanın "Ukroboronprom" şirkəti Azərbaycan üçün səhra artilleriya sursatının müəyyən komponentlərini istehsal edəcək.
 
ONA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, İstanbulda keçirilən IDEF 2019 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin birinci müavini Yəhya Musayev "Ukroboronprom" Dövlət Konserninin baş direktoru Pavlo Bukin ilə görüşüb.
 
Ukraynalı rəsmi "Ukroboronprom"un səhra artilleriya sursatının müəyyən komponentlərinin istehsalı üçün bütün zəruri istehsal texnologiyalara və sənaye potensialına malik olduğunu bildirib.
 
Tərəflər müdafiə müəssisələrinin qarşılıqlı texnologiya mübadiləsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 
"Ukroboronprom" rəsmisi Azərbaycandan döyüş sursatı və yaxın mənzilli silahların alınmasında maraqlı olduqlarını qeyd edib.

LENT

19 May 2019

Digər xəbərlər >>>