Rusiyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Bu barədə Lent.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>