12 min manatlıq oğurluq: Daha nələrin üstü açıldı...

Fevralın 8-də İmişli rayonu Məzrəli kənd sakini Surət Şahbazlı RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 12 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 
 
 
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş Azər Əliyev və İsmayıl İsmayılzadə saxlanılıb.
 
 
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər və oğurlanan qızıl-zinət əşyalarının müəyyən bir qismi maddi sübut kimi götürülüb. 
 
Ətraflarında aparılan araşdırmalar nəticəsində A.Əliyevin və İ.İsmayılzadənin digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 12 baş xırdabuynuzlu heyvan və avtomobildən 400 manat pul oğurladıqları məlum olub.
 
Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>