"Formula-2" yarışında sıralama turu başa çatdı

SOCAR Azərbaycan Qran-prisində “Formula-2” üzrə sıralama yarışı başa çatıb. 
 
ONA-nın məlumatına görə, 30 dəqiqəlik yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda pilotların start xəttindəki ardıcıllığına aydınlıq gəlib. 
 
Sıralama turunun qalibi adını “Karlin” komandasının pilotu Nobuharu Matsuşita qazanıb. O, dövrəni 1 dəqiqə 54,555 saniyəyə qət edib. Nik de Vries (“Art Grand Prix”) ikinci, Luka Çiotto (“Uni-Virtuosi”) üçüncü olub. 
Qeyd edək ki, N. Matsuşita 2017-ci ildə Montsadan sonra ilk dəfə sıralamada birinci yeri tutub. 

LENT

23 May 2019

Digər xəbərlər >>>