Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi

 
2019-cu il aprelin 25-də Belçika Federal Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edilib. 
 
ONA-nın məlumatına görə, iclasda qondarma “erməni soyqırımı”nın həmin  siyahıya daxil edilməsi səyləri uğursuzluqla nəticələnib.
 
Belə ki, fransızdilli DEFİ (Demokrat, Federalist və Müstəqillər) və CDH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi ötən gün Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib. 
Məsələyə münasibət bildirən Belçika ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə, yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımların daxil edildiyini, erməni soyqırımı ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb. 

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>