"Müfəttiş" Akademik Milli Dram Teatrında

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli “Müfəttiş” tamaşası təqdim edilib.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
 
Tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
 
Səhnə əsərində Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış ediblər.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>