Şimşək çaxdı, oyun təxirə salındı

Hollandiya Erediviziyasının 32-ci turu çərçivəsində keçirilən “Zvolle” – “Qroningen” matçı 57-ci dəqiqədə təxirə salınıb.
 
Buna səbəb hava şəraitinin pisləşməsi olub. Oyun zamanı göy guruldaması və şimşək çaxmasını görən baş hakim Martin van Den Kerkhof, futbolçuları paltardəyişmə otağına yollayıb.
 
“Zvolle” – “Qroningen” matçı aprelin 29-da keçiriləcək (komanda.az). Görüş 57-ci dəqiqədən davam edəcək. Təxirə salınan oyunda “Qroningen” 2:1 hesabıyla öndə idi.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>