16 yaşlı qız bədbəxt hadisənin qurbanı oldu

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.
 
ONA-nın məlumatına görə, hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib.
 
Təcilli xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>