Dövlət Xidmətinin xəstəxanaya qarşı qaldırdığı iddia ərizəsi geri qaytarıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin Respublika Klinik Xəstəxanasına qarşı reqres hüququ ilə əlaqədar zərərin əvəzinin ödənilməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.
 
ONA-nın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Fərid Mədətlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, xidmətin iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyi üçün geri qaytarılıb. Belə ki, iddiaçı tərəfindən məhkəməyə verdiyi iddia ərizəsində cavabdeh tərəfin iddia ərizəsinin surətini və əlavə edilmiş sənədləri alması göstərilməyib.
 
Qeyd edək ki, ərizədə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən Hüseynov Abdulla Fərhad oğluna dəymiş mənəvi ziyanın əvəzi olaraq ödənilməli olan 2 min manat məbləğində reqres hüququnun Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasından tutularaq ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş olunub.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>