Tolik Sevdanın ögey atasını BİABIR ELƏDİ: "ÜZÜNƏ TÜPÜRƏRƏM"

Prodüser Tolik ( Tarix Əliyev ) müğənni Sevda Yəhyayevanın ögey atası olduğunu iddia edən şəxsin “Səni axtarıram” verilişinə çıxmasını tənqid edib. Lent.az-ın məlumatına görə, prodüser sosial şəbəkədə ilk öncə Sevdanın daha sonra onun ögey atasının görüntüsünü paylaşaraq, bu sözləri yazıb: “Kaş şou-biznesdə və telıekanallarda Sevda kimi abırlı və hörmətini saxlayan xanımlar çox ola. O kişinin kim olduğunu bilmirəm. Amma Sevdanın anası ilə mənim anam 5 il öncə 14 gün Naftalanda müalicə alıblar. Heç onda bu .... kişi yox idi. Mən Sevda ilə işləmişəm və heç vaxt eşitməmişəm ki, onun atalığı var. Bu nədi? Kim istəyir, çıxıb tanınmışlara şər atır və bunun cavabı da verilmir. Mən şəxsən bu kişini görsəm, üzünə tüpürərəm”.

 

Tolik daha sonra bu sözləri yazıb: “Sənin kimi ağsaqqal olmaqdansa, heç olmasa yaxşıdı. Sən yaşından, başından utan. Çıxıb qızın yaşda Azərbaycanda tanınan müğənninin biabır eləməyə çalışırsan. Sevda sənin hesabına ev alıb? Sən bu gün sabah öləcəksən, amma o gəncdi, hələ yaşamalıdı. Burada ağsaqqala hörmət qoyanlara sözüm odur ki, bu yaşda olan insanlar gəıncləri biabır edəcəksə, şəxsən mən onlara hörmət qoymuram”.

 

Xatırladaq ki, S.Yahyayevanın ögey atası bu sözləri deyib: “Sevda gəlib özünə xidmətçi kimi anasını aparıb. Mən onun ögey atasıyam. Anası ilə qeyri-rəsmi nikahda olmuşam. Onlar imkansız idilər, özüm baxmışam. Anasına dedi ki, gəl, mənə xidmət elə. Məni təhqir etdi, getdi. Evini təmir etdirmişəm. Yoldaşım demişdi ki, məni al. 2003-cü ildə bunu demişdi. Evinə gəlsin, onun 58 yaşı var, mənim isə 76 yaşım var. 60 yaşımda olan ailə qurmuşam. Onu 15 həftə hər gün “Yeni ulduz” verilişinə aparıb gətirmişəm. Onun anası ilə evlənəndə 60 yaşım var idi. Hamımız bir evdə yaşayırdıq”.

 

Qeyd edək ki, müğənnin atası o, kiçik yaşlarında olarkən vəfat edib.

 

 

 

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>