Yevlaxda ev yandı: xəsarət alanlar var

 
Yevlaxda baş vermiş yanğın nəticəsində 4 nəfər ağır yanıq xəsarətləri alıb.
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərinin Aydın Məmmədov küçəsində baş verib. Fərdi evdə təmir işləri aparan usta Orxan İsmayılovun ehtiyatsızlığı yanğına səbəb olub.
 
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. FHN-in yanğınsöndürmə briqadaları yanğının böyüməsinə imkan verməyib. Amma hadisə nəticəsində usta Orxan İsmayılov, sakinlər Elşən Təhməzov, Zahid Qasımov və Cabbar Təhməzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Vəziyyəti daha ciddi olan O.İsmayılov paytaxt xəstəxanalarının birinə göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>