İstanbulda dördmərtəbəli yaşayış binası çökdü

 
İstanbulun rayonlarının birində dördmərtəbəli yaşayış binası çöküb, sakinlər arasında zərər görən olmayıb.
 
ONA-nın verdiyi xəbərə görə, bu barədə İstanbul şəhər Bələdiyyəsi məlumat yayıb.
 
“İstanbulun Kağıthane bölgəsində istinad divarının aşması nəticəsində dördmərtəbəli yaşayış binası çöküb. Bina sakinləri təcili təxliyyə olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - məlumatda belə deyilir.
Bildirilir ki, bina yaxınlıqda aparılan fundament qazıntılarına çox yaxın olduğu üçün çöküb.

LENT

23 May 2019

Digər xəbərlər >>>