"Virtual Formula 1" çempionu da real yürüşdə iştirak edəcək

“Formula 1 Esponts” virtual yürüş seriyasının hazırkı çempionu Brendon Li Snettertonda “BRSCC National Formula Ford 1600” çempionatı mərhələsində real peşəkar yürüşün startına çıxacaq.
 
Brendon Li “Kevin Mills Racing” komandasının pilotu olacaq. Çempionatın bu il keçiriləcək digər yürüşlərində də onun iştirakı mümkündür.
 
“Formula 1 Esponts” virtual çempionatının hər ikisində qalib gələn Li “Formula Ford 1600” bolidini idarə etmək təcrübəsinə malikdir. O, “KMR”in sükanı arxasında üç gün testlərdən keçib. Komandanın rəhbəri Kevin Millsin sözlərinə görə, o, bu işdə daha təcrübəli pilotlardan geri qalmayıb. Bununla yanaşı Mills özü əvvəldən Brendonun bu vaxtadək yalnız virtual yürüşlərdə iştirak etdiyini bilmirdi.
 
Kevin Mills deyib: “Brendon sadəcə olaraq, iki ay bundan əvvəl buraya gəlmək və testlərdən keçməyin mümkünlüyü barədə xahiş etdi. Mən onun kim olduğunu belə bilmirdim, oğlum bilir, mən isə bilmirdim. Brendon Li sükan arxasına əyləşdi və yaxşı da çıxış etdi. Düşünürdüm ki, bu, bir dəfəlik təcrübə olacaq. Lakin o qayıtdı və daha iki gün məşq etdi. Yenə də yaxşı idi.
 
Brendon dərhal sürət toplaya bildi. Əslində o, mənim digər iki pilotumdan çox da fərqlənmirdi. Onun dövrədəki müddəti lazımınca müqayisə edilə bilən oldu. Onda hər şey alınacaq. Deyə bilmərəm ki, ətrafda daha 20 bolid olduqda Brendon yürüşdə nə dərəcədə yaxşı olacaq, lakin o, sürət baxımından digər pilotların fonunda heç də pis deyil”.
 
 
 
 (AZƏRTAC)

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>