Öz maşını ilə vurduğu arvadı xəstəxanada öldü

Gəncədə 19 gün əvvəl əri tərəfindən maşınla vurulan qadın xəstəxanada ölüb.
 
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, aprelin 3-də Gəncə şəhərin Məhsəti qəsəbəsində 1961-ci il təvəllüdlü Eldar İsmayıl oğlu Abbasov tərəfindən avtomobillə vurulan, 1968-ci il təvəllüdlü Sevinc Əmir qızı Abbasova müalicə aldığı xəstəxanada ölüb.
 
Qeyd edək ki, məlum hadisə bu il aprelin 3-də Gəncə şəhərin Məhsəti qəsəbəsində baş verib. E. İsmayılov idarə etdiyi “VAZ” markalı avtomobillə həyat yoldaşı S. Abbasovanı qəsdən bir neçə dəfə divara çırpıb. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E. Abbasov isə sirkə turşusu içərək intihara cəhd edib. O xəstəxanaya yerləşdirilsə də, sağalandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>