Bakıda baş verən yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.
 
ONA-nın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində bildirilib ki, paytaxt ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər ölüb, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, ölənlərin sayı 36,5 faiz, xəsarət alanların sayı isə 0,9  faiz azalıb.
 
Yol hərəkətinə nəzarət prosesində 173.467, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 85.145, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 9.569 nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 566 inzibati xəta aşkar edilib.

LENT

23 May 2019

Digər xəbərlər >>>