Şagird hansı halda məktəbini dəyişə bilər?

Şagird təhsil aldığı məktəbdə hər hansı çətinliklə üzləşərsə, sinif yoldaşları, müəllimləri ilə münasibətdə problemlər yaşayarsa, təhsil aldığı məktəbini dəyişdirə bilərmi? Bu kimi hallarda məktəbin dəyişdirilməsi prossesi necə həyata keçirilməlidir?     

Məsələ ilə Bakı Şəhəri Təhsil İdarəsindən Lent-ın sorğusuna cavab olaraq bildirildi ki, məktəbdə şagirdlə bağlı yaranan hər hansı problem onun valideyninin iştirakı ilə təhlil olunmalı və problemin aradan qaldırılması üçün müvafiq tədbir görülməlidir.

“Problem daha ciddi xarakter daşıyarsa, şagirdin oxuduğu məktəbi dəyişməsi üçün razılaşdırılmış təklif hazırlana bilər”, - deyə Təhsil İdarəsindən bildirilib.

 

 

 

 

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>