Rəqqasə Fatimənin başına 5 min pul səpdilər

Rəqqasə Fatimə Fətəliyeva toyda başına gələn hadisədən danışıb. Lent.az-ın məlumatına görə, rəqqasə  “Hər şey daxil” verilişində bildirib ki, Moskvada el məclisində başına pul səpiblər:

“Nazənin xanım (müğənni – red.) məni Moskvada yəhudilərin toyuna aparmışdı. İfa edən zaman yəhudilər başıma pullar tökürdülər. O pullar yığılıb, mənə təqdim ediləndə yanımda olan başqa bir xanım müğənni əlimdən almaq istəyirdi. Adını çəkməyəcəm, amma 5 mindən çox pul var idi. Nazənin xanım imkan vermədi, dedi ki, o pul Fatimənin haqqıdır”.

 

 

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>