Silah oğrusunun başqa cinayətləri də üzə çıxdı

Paytaxtda oğurluğa görə tutulan şəxsin başqa cinayətlərinin üstü açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, oğurluq etdiyinə görə tutulan S.Məmmədovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bu il yanvarın 2-də rayon ərazisindən “Ford” markalı avtomobili qaçırması, habelə fevralın 2-də Bakı şəhər sakini B.İsmayılovla birgə evlərin birindən 1 ədəd “İJ-58” markalı ov tüfəngi və 2 ədəd tir tüfəngini oğurlaması müəyyən edilib.
 
Həyata keçirilən əməliyyat tədbirləri ilə B.İsmayılov da saxlanılıb.
 
Faktlarla bağlı araşdırmalara başlanılıb.

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>