Yük maşını yolu keçən kişini vurdu

Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Səlim İsrayıl oğlu Xəlilov idarə etdiyi "QAZ-52" markalı yük maşını ilə yolu keçən piyada, Ucar rayon sakini, 1955-ci il təvəllüdlü Eldar Cəfərqulu oğlu Cavadovu vurub.
 
Yaralı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>