Qusarda ev yandı

Qusar rayonunda yaşayış evində yanğın olub.

Lent.az FHN-nin saytına istinadən bildirir ki, hadisə rayonun Piral kəndində baş verib. Belə ki, adıçəkilən kənddə ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>