Gülay Zeynallı "baxanda əsəbləşirəm" dedi, əməkdar artist isə... - VİDEO

Lider TV-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

 

Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları əməkdar artist Təyyar Bayramov, müğənni Gülay Zeynallı olub.

 

T.Bayramov sosial şəbəkədə başına gələn hadisə barədə danışıb: “Tanımadığım bir şəxs "İnstaqram"da mənim adımdan səhifə açılmışdı. Mənim bu işdən xəbərim yox idi. Bu barədə mənə məlumat verdilər. Mən də məcbur olub özümə yeni səhifə açmalı oldum. Həmin saxta səhifədə kimsə mənim adımdan nəsə yanlış məlumat yaya bilər. Bunun olmaması üçün özümə yeni profil açdım. Gün ərzində sosial şəbəkədən istifadə etdiyimi desəm, yalan olar. Sadəcə, lent yazıları, şəkillərimi yükləyirəm”.


Daha sonra Gülay "İnstaqram"ın onun həyatındakı rolundan danışıb: “Bugünkü gündə "İnstaqram" çox məşhurdur. Demək olar ki, hər kəsin bir şəxsi televiziyası var. Çünki bir mahnı, söz paylaşır, bir müddət sonra onu hər kəs tanıyır. Amma bəziləri səviyyəli, bəzilərisə özlərinə uyğun istifadə edir. Mən "İnstaqram"da ümumi səhifəyə girmirəm. Çünki ora baxanda əsəb keçirirəm. Mən "İnstaqram" səhifəmi qapalı profil etmişəm. Rəyləri də bağlamışam. Orda hər şey paylaşmıram. Yalnız yaradıcılıqla bağlı nələrsə yükləyirəm. Övladımla da şəkillərimi gec-gec yükləyirəm”.

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

 

LENT

24 May 2019

Digər xəbərlər >>>