Qardaşının bıçaqladığı ikinici bacı da öldü

Bakıda qardaşı tərəfindən bıçaqlanan iki bacıdan daha biri xəstəxanada ölüb.
 
ONA-nın məlumatına görə, aprelin 16-da paytaxtın Buzovna qəsəbəsində, 1976-cı il təvəllüdlü Muxtar Şirbala oğlu Əhlimanov ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bacıları - 1964-cü təvəllüdlü Səadət Əhlimanovanı bıçaqlayaraq öldürüb, 1962-ci il təvəllüdlü Məlahət Əhlimanovaya isə bıçaqla xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilən M.Əhlimanova aprelin 19-da orada ölüb.
 
Faktla bağlı Xəzər rayon Prokurorluğunda başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsinə tövsif edilib.
 
Hadisəni törədən M.Əhlimanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>