Şəmkirdə yol qəzası: ölən və yaralananlar var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində "VAZ 2107" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə bir nəfər ölüb,  biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı xəstəxanaya yerləşdirilib. Qadının əri isə yüngül xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>