YENİ QURĞU - Depressiyadan çıxarır, xoş əhval-ruhiyyə...

Yeni Cənubi Uels Universitetinin (UNSW) alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb.
 
 
Lent.az-ın ictnews-a istinadən verdiyi xəbərə görə, universitetin psixiatriya məktəbinin professoru Kolin Loo “ABC” televiziya kanalına deyib ki, bu qurğu hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. 
 
 
O, əlavə edib ki, qurğu depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytarır.
 
 
İstehsalçıların sözlərinə görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq, çünki onlar psixi sağlamlığın pisləşməsinə görə heç də həmişə mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.
 
 
Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.
 
Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>