Ronaldo “Yuventus”dan gedir?

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubunu tərk etməyəcək.
 
ONA-nın məlumatına görə, bunu hücumçu ilə yaxın münasibətləri olan portuqaliyalı jurnalist Edu Aqirre açıqlayıb.
 
O bildirib ki, K.Ronaldonun yayda Turin təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. E.Aqirre 2022-ci ilin yayınadək müqaviləsi olan futbolçunun klubunu vaxtından tez dəyişmək barədə düşünmədiyini söyləyib.
 
K.Ronaldo “Yuventus”da qalsa da, komandada ciddi islahatlar olacağı bildirilir.

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>