İş yerində yarım kiloqram narkotik saxlayırmış

 
İsmayıllı rayonunda narkotik vasitə olan marixuananın qanunsuz saxlanılması və satışı ilə məşğul olan şəxs tutulub.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 7 ünvanında yaşayan Məmmədov Ramiz Şəmi oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. 
 
Ramiz Məmmədovun üzərində  şəxsi axtarış zamanı 2 ədəd kibrit qutusunda saxladığı təmiz çəkiləri-1,43 qram və 4,18 qram qurudulmuş marixuana, eləcə də həmin gün saat 19:00 radələrində Ramiz Məmmədovun evinin qarşısındakı ona məxsus avtomobil təmiri sexinə baxış zamanı oradan karton qutunun içərisində 1 ədəd ağ rəngli sellofan torbada saxladığı təmiz çəkisi 470,00 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>