Elnarə Röyanın, Səidənin, Nuranın CAVABINI VERDİ: "Mən ola bilməzsiniz"

Əməkdar artist Elnarə Abdullayeva “Oğluma müğənni qız almaram” açıqlamasına görə onu tənqid edən şou nümayəndələrinə cavab verib.

 

Lent.az-ın məlumatına görə, xanəndə “Şou ATV” verilişində müğənnilərin etirazı barədə danışıb: “Bu sualı ilk olaraq mənə verdilər. Mən də dedim almaram. Çox adam bu fikrimə görə mənə söz atır. Mən almıram, nə də almaq istəmirəm. Heç kim də mənə söz atmasın. Niyə və nədən almıramsa, onu özüm bilərəm. İndi deyərlər ki, sən bu sənətin içindəsən. Onlara cavab olaraq deyim ki, mən bu sənətə səhvən düşmüşəm. Mən belə düşünürəm. Bu fikrim çox qabardıldı. Söyləyirlər ki, sən də müğənnisən də. Hə, mən müğənniyəm, amma mənim mənliyim var. Heç kəs mənimlə özünü müqayisə etməsin. Mən oxuyuram, 5 manat pulumu qazanıram. Heç biriniz mən olmayacaqsınız”.

 

Qeyd edək ki, E.Abdullayevanın bu fikrini müğənnilər Nadir Qafarzadə, Elçin Hüseynov dəstəkləmişdi. Əməkdar artist Röya Ayxan, müğənnilər Nura Suri və Səidə Sultan isə bu fikrinə qarşı çıxmışdılar.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ELNARƏ ABDULLAYEVA ŞOU ƏHLİNİ BİABIR ELƏDİ :“Mən bu sənətin içinə səhv düşmüşəm”

A post shared by lent.az (@lent_az) on

LENT

24 May 2019

Digər xəbərlər >>>