Nazənin onu Azərbaycana tanıdan adamın ADINI AÇIQLADI

Lider TV-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

 

Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları şou-biznesdə hit mahnıların bəstəkar Ruslan Səfəroğlu, söz yazarı Vüsal İbrahimov, əməkdar artist Ruhəngiz Allahverdiyeva, müğənnilər Şəbnəb Tovuzlu, Vəfa Şərifova, Nüşabə Musayeva, Rəqibə, dermatoveneroloq Zeynəb Sadıqova olub. Proqram bəstəkar Ruslan Səfəroğlunun mahnılarına həsr edilib.  

 

Verilişin aparıcısı Nazənin onu ilk dəfə Azərbaycana tanıdan insanın kimliyini açıqlayıb: “Azərbaycanda tanınmağımın səbəbkarı əməkdar artist Ruhəngiz Allahverdiyeva oldu. O zaman Azərbaycanın bir televiziyası var idi. Belə bir veriliş var idi ki, hər dəfə proqramı bir müğənni aparırdı. Həmin vaxt Ruhəngiz xanımın qonağı mən oldum. Mikrofonu necə tutmaq lazım olduğunu da bu xanımdan öyrənmişəm. Hər zaman mənə dəstək olub. İlk sənətə gəldiyim gündən mənə nəyi necə etmək olar, Ruhəngiz xanım deyib. Nə yaxşı ki, sənətə gəldiyim gün bu insanı tanımışam”.

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

LENT

19 Aprel 2019

Digər xəbərlər >>>