Lənkəranda 3 motosiklet toqquşdu: 4 yaralı - FOTO

Lənkəranda 3 motosiklet toqquşub, 4 nəfər xəsarət alıb.
 
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində baş verib.
 
Masallı rayonunun Köçəkli kənd sakinlərinin ard-arda idarə etdikləri 3 yedəkli motosiklet bir-biri ilə toqquşub, sonra isə qarşıdan gələn Qumru Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Qəza zamanı motosikletlərin sürücüləri - 1994-cü il təvəllüdlü Fərəc Rəhimli, 1995-ci il təvəllüdlü Hüseyn Mirəzizov, 1995-ci il təvəllüdlü Cahangir Bəhlulov və 2002-ci il təvəllüdlü sərnişin Söhbət Orucov müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.
 
İlkin məlumata görə, "Ford" markalı mikroavtobus qəzaya səbəb olub.
 
Faktla bağlı araşdırma aparılır.

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>