Azərbaycanlı hakim Asiya çempionatına təyinat aldı

Azərbaycanlı boks hakimi Anar Babanlı beynəlxalq təyinat alıb. 
 
ONA-nın məlumatına görə, referimiz Asiya çempionatının görüşlərində ədaləti qoruyacaq. 
 
Sabah start götürəcək yarış Taylandın paytaxtı Banqkokda keçiriləcək. AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan təmsilçimiz qitə birinciliyinə Asiya Boks Konfederasiyası tərəfindən neytral referi kimi dəvət alıb.
Yarış aprelin 28-dək davam edəcək. 

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>