Sürücünün diri-diri yanmasına səbəb olmuşdu: işi məhkəmədə

 
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
ONA-nın xəbərinə görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Süleyman Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 25-nə təyin edilib.
 
Xatırladaq ki, hadisə 2016-cı ilin avqustun 16-da baş verib. 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus MAN markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub. Yol-nəqliyyat hadisənin nəticəsində avtomobil yanıb, sürücüsü isə ölüb. Yanaraq ölən sürücünün Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Azər Adil oğlu Məmmədov olduğu müəyyən edilib.

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>