“Yuventus”un müdafiəçisi karyerasını başa vurur

İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Andrea Bardzali karyerasını başa vuracağını açıqlayıb.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi bu barədə İtaliya mətbuatına verdiyi açıqlamada deyib. Müdafiəçi cari mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini bildirib.
 
Qeyd edək ki, karyerası ərzində “Askoli”, “Volfsburq”, “Kievo” və “Palermo” kimi klublarda forma geyinən italiyalı müdafiəçi 2011-ci ildən “Yuventus”un heyətində çıxış edir.

LENT

19 Aprel 2019

Digər xəbərlər >>>