Daha bir gənc özünü asdı

Bakıda intihar olub.
 
ONA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 2000-ci il təvəllüdlü Rəhman Rəsulov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

LENT

19 Aprel 2019

Digər xəbərlər >>>