59 yaşlı qadının meyiti tapıldı: oğulluğu... - FACİƏ

Saatlıda 59 yaşlı qadın faciəvi şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, Əhmədbəyli kənd sakini Əzizə Babaşovanın meyiti dünən axşam saatlarında yaşadığı evdən 20 metr kənarda yerləşən qaz borusunun yanında oğulluğu tərəfindən tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları meyitə baxış keçirib və hər hansı bir xəstarət aşkarlamayıb.

Yaxınlarının ifadələri alınıb. Ə.Babaşovanın uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyi və iki dəfə infakt keçirdiyi məlum olub.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

LENT

19 Aprel 2019

Digər xəbərlər >>>