Qəsəbədə oğurluq edən şəxs yaxalandı

Füzuli rayonunun Qayıdış-6 qəsəbəsinin ərazisində suvarma qurğularının birindən 132 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən şəxs  saxlanılıb. 
 
 
Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-nə keçən gecə Qayıdış-6 qəsəbəsinin ərazisində suvarma qurğularının birindən 132 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini M.Abdinov saxlanılıb. Onun digər suvarma qurğusundan 170 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilib.
 

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>