Novruzda doğulan uşaqlara daha çox HANSI ADLAR qoyulur?

Azərbaycanda çox hallarda Novruz bayramı günlərində doğulan uşağa bayramla əlaqəli adlar qoyulur.

Lent.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə ölkədə doğulan 205 körpə Novruz adlandırılıb. 263 körpəyə isə Bayram adı verilib.

Son beş ildə baharın gəlişi ilə əlaqədar olaraq  qoyulan adlar arasında Novruzəli (5), Bayraməli (15), Bahar (1009), Nərgiz (1852), Yazgül (25) kimi adlar da az deyil.  

Bundan başqa, övladlarına Bayramkişi, Bayramalı, Baharxanım, Bahariyyə, Bahar Damla, Səməni, Nərgizxatun, Nərgizzəhra, Nərgizxanım, Yazgülü kimi adları verənlər də var.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>