16 yaşlı yeniyetmə bıçaqlandı

 
Mingəçevir sakini bıçaqlanıb.
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospekti 58. ünvanında baş verib.
 
Münaqişə zəminində 2003-cü il təvəllüdlü şəhər sakini Qasımov Hüseyn İlham oğlu bıçaqlanıb. Qarın boşluğundan 2, sol qol və əlindən 1 bıçaq yarası alan H. Qasımov ağır vəziyyətdə Mingəçevir şəhər Xəstəxanasına xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>