Maşın 200 m hündürlükdən dərəyə aşdı: yaralı var

 
Qubada minik avtomobili dərəyə aşıb.  
 
ONA-nın verdiyi xəbərə görə, hadisə rayonun Xırt kəndində baş verib.
 
Belə ki, “90-HX-904” dövlət nömrə nişanlı KİA markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 200 metr hündürlükdən dərəyə aşıb. Qarla əlaqədar xəsarət almış sürücüyə yardım göstərmək çətin olub. 
 
Sürücü Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>