Astananın adı Nursultan oldu - YENİLƏNİB

Qazaxıstanın paytaxtı Astananın ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırılması barədə qərar qəbul edilib.
 
ONA-nın məlumatına görə, Qazaxıstan parlamentinin hər iki palatası paytaxtın Nursultan adlandırılması barədə Konstitusiyaya dəyişikliyi dəstəkləyib.
 
Parlamentin sədri Nurlan Niqmatulin deyib ki, Qazaxıstan prezidenti referendum keçirilmədən paytaxtın adının dəyişdirilməsi barədə təklifi parlamentə təqdim edib. Paytaxtın Nurlustan adlandırılması barədə yekun qərarı isə Konstitusiya Şurası qəbul edəcək. Daha sonra sənədi Qazaxıstan prezidenti imzalamalıdır.
 
 
14:46
 
 
Qazaxıstan parlamenti paytaxt Astananın ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırılmasını dəstəkləyib.
 
ONA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, Konstitusiyaya dəyişikliyi nəzərdə tutan qanun layihəsi iki oxunuşda səsvermədən keçib.
 
Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev bu gün Astananın Nursultan adlandırılması təklif ilə çıxış edib.
 
Qeyd edək ki, Nursultan Nazarbayev dünən prezident postundan istefa verdiyini bəyan edib. Bununla belə, N. Nazarbayev Təhlükəsizlik Şurasının və hakim Nur Otan Partiyasının sədri postunda qalır, Konstitusiya Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.
 
Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətləri Senatın sədri Kasım-Jomart Tokayevə keçib.
 

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>