İstanbulun ikinci sürücüsüz metro vaqonu

İstanbulun ikinci, Türkiyənin Avropa hissəsinin isə birinci sürücüsüz metro vaqonu sınaqdan keçirilib.
 
Lent.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu vaqon Mahmutbəy-Məcidiyəköy xətti ilə hərəkət edəcək.
 
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mevlut Uysal mərasimdən əvvəl təşkil olunan mətbuat konfransında deyib ki, İstanbulun 8 rayonunu birləşdirən bu xətt üzərində 15 stansiya var. İlin sonunadək tam istifadəyə veriləcək metro xətti vasitəsilə gündəlik bir milyon sərnişin daşınacaq.

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>