Bank hesabından oğurluq etdi - Polis tutdu

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bank hesabından oğurluqla bağlı müraciət daxil olub. 
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəsibovun bank hesabından 523 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov tutulub.

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>