Nursultan Nazarbayev istefa verdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.
 
ONA-nın xəbərinə görə, bu barədə o, yerli televiziyalarla xalqa müraciətində bildirib.
 
Lent.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, ölkə Konstitusiyasına görə, növbəti Prezident seçkisinədək dövlət başçısı vəzifəsini Parlamentinin  spikeri Qasım-Jomar Tokayev icra edəcək.
 
Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstanı idarə edib, 2015-ci ildə beşinci müddətə yenidən seçilib.

 

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>