"Yaxın günlərdə sərhədlər açılacaq" - General-leytenant

Suriya və İraq arasındakı sərhədyanı məntəqələr yaxın bir neçə gündə öz fəaliyyətini bərpa edəcək.
 
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Dəməşqdə səfərdə olan İraq Silahlı Qüvvələrinin baş qərargahının general-leytenantı Usman əl-Qənmi bildirib. 
 
“İraq və Suriya sərhədinin təhlükəsizliyi çox vacibdir və onun təmin edilməsi İraq Silahlı Qüvvələrinin və Suriya ordusunun öhdəliyindədir”, - deyə  U. əl-Qənmi vurğulayıb. 
 
Onun sözlərinə görə, sərhədyanı məntəqənin açılması həmçinin ticarət əlaqələrinin artmasına səbəb olacaq. 

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>