Külək binanın fasadını uçurub avtomobilin üstünə tökdü - Bakıda

Bakıda çoxmərtəbəli yaşayış binasının fasadı uçub.
 
ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Güclü külək çoxmərtəbəli yaşayış binasının fasadını uçurub.
 
Dağıntılar binanın həyətində olan “Mitsubishi” markalı avtomobilin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib.
 
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>