Azərbaycanlı müğənninin dilini kəsmək istəyiblər - VİDEO

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin buhəftəki qonaqları müğənni Habil Laçınlı və söz ustası və aparıcı Natiq Dağlaroğlu olub.

Habil Laçınlı bildirib ki, bir zamanlar ona qarşı sui-qəsd hazırlanıbmış: “Deməli, 1988-ci ildə "Qarabağ şikəstəsi"ni oxuduğuma görə, ermənilər küllü miqdarda pul ayırmışdılar ki, kim o uşağın “Qarabağ” deyən dilini kəsib gətirsə, həmin məbləği ona verəcəyik. Hətta biz 1989-cu ildə İraqda uşaq festivalına gedirdik, orda 7 dənə erməni kəndi keçib getmək lazım idi. Getmək mümkün deyil. Çayda bizim qarşımızı kəsdilər, maşını yandırdılar, bizimkilər köməyə gəldilər, bizi tanka mindirdilər ki, nəsə olmasın. Bir müddət sənətdən uzaq düşdüm, daha sonralar yenidən sənətə qayıtdım”.

Verilişin digər qonağı Natiq Dağlaroğlu da öz sənət fəaliyyətindən söhbət açıb.

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

 

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>