Bakının bu rayonlarında qaz yoxdur - SƏBƏB

Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.
 
Bu barədə  "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb: "Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub".
 
(Trend)

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>