Prezident İlham Əliyev ali qonaqları qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.
 
ONA xəbər verir ki, dövlətimizin başçısı Bakıda “OPEC plus” ölkələrinin işində iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın neftin sənaye üsulu ilə istehsalın vətəni olduğunu vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsinin xüsusi məna daşıdığını qeyd etdi. Dövlətimizin başçısı “OPEC plus” formatında əməkdaşlığın dünyada neftin qiymətinin balanslaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
 
Nazir Xalid Əbdüləziz Əl Falih, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın “OPEC plus” formatında fəal iştirak etdiyini bildirərək ölkəmizdə tədbir iştirakçılarına göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib. Xalid Əbdüləziz Əl Falih Prezident İlham Əliyevin “OPEC plus” formatının yaradılmasında liderlik rolunu yüksək dəyərləndirərək bu formatda Azərbaycanın çox fəal iştirakçı olduğunu qeyd edib. İkitərəfli münasibətlərə toxunan Xalid Əbdüləziz Əl Falih ölkəsinin Azərbaycanı ərazi bütövlüyünün və təcavüz nəticəsində pozulmuş suverenliyinin bərpası işinə tam sadiq olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın möhkəmlənməsi, iqtisadi inkişafı və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gedən işlər Səudiyyə Ərəbistanında böyük maraqla izlənilir. Xalid Əbdüləziz Əl Falih bu həftə Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn nümayəndə heyətlərinin Azərbaycan hökuməti və biznesinin nümayəndələri ilə məhsuldar görüşlər keçirdiyini vurğulayıb.
 
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Səudiyyə Ərəbistanı Krallığının göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. İki ölkə arasında siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Azərbaycanda və Səudiyyə Ərəbistan Krallığında hazırda iqtisadiyyatın şaxələndirilməsi üzrə böyük işlərin həyata keçirdiyini qeyd edib və bunun iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını deyib. Dövlət başçısı Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edərək, bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğulayıb.
 
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn insanlar xalqımızın qonaqpərvərliyinin və dostluq münasibətinin şahidi olurlar.
 
Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistan Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco” şirkətinin Bakıda ofisinin açılması yüksək qiymətləndirilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 
13:09
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.
 
14:52
 
Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.
 
ONA xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Barkindoya dəvəti qəbul etdiyinə və “OPEC plus” ölkələrinin iclasında iştirakına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıdığını dedi. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifinin şəxsən Məhəmməd Barkindo və təşkilatın üzv dövlətləri tərəfindən qəbul edilməsini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev “OPEC plus”un yeni bir format olduğunu nəzərə alaraq, bu formatda ilk tədbirlərindən birinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etdi və bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da öz növbəsində neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini ifadə etdi.
 
OPEC-in baş katibi Məhəmməd Barkindo, ilk növbədə, dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunduğunu vurğulayaraq, tədbir iştirakçılarının Azərbaycana gəlişini bir ziyarət kimi dəyərləndirdi. Məhəmməd Barkindo qeyd etdi ki, Prezident İlham Əliyev “OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün üç il bundan əvvəl Davosda irəli sürüldüyünü məmnunluqla xatırladı. Azərbaycan Prezidentinin bu təşəbbüsünün artıq reallığa çevrildiyini qeyd edən Məhəmməd Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını və liderliyini yüksək qiymətləndirdi. O, ümumiyyətlə, “OPEC plus” formatında əməkdaşlığın başlandığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini vurğuladı.
 
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Davosda “OPEC plus” əməkdaşlıq formatı ilə bağlı təşəbbüsünü xatırlayaraq, həmin vaxtdan bu günə kimi həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.
 
Söhbət zamanı Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Cənub Qaz Dəhlizinin müvəffəqiyyətlə reallaşmaqda olduğu bildirildi.
 
 
13:02
 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.
 
ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 
 
 

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>