Gəncə sakini sirkə turşusu içdi - Reanimasiyaya yerləşdirildi

Gəncədə gənc oğlan sirkə turşusundan zəhərlənib.
 
ONA-nın qərb bürosunun məlumatına görə, şəhərin İsax Cəfərov küçəsində 27 yaşlı Vüqar Yusibov naməlum şəraitdə sirkə turşusu içib.
 
Dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən gəncin vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>